HADİSƏ

Xəzər dənizində zəlzələ olub

Zəlzələnin maqnitudası 3,6, dərinliyi isə 25 km olub.
Sputnik
BAKI, 5 may - Sputnik. Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, təkan yerli vaxtla saat 18:37-də Qala stansiyasından 165 km cənub-şərqdə, Xəzər dənizində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,6, dərinliyi isə 25 km olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.