BAKI, 5 may — Sputnik. Mariupoldakı "Azovstal" zavodunun ərazisində bloklanan yaraqlıların orada yerləşən mülki şəxsləri ərzaq və dərmanla dəyişmək təklifi terrorçulara xarakterik davranışıdır. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Terrorçuların tipik davranışı. Ukraynada əsgər və zabitlərimizin kimlərlə döyüşdüyünü başa düşən varmı? - Volodin bunu "Telegram" kanalında yazıb.
O qeyd edib ki, yaraqlılar əvvəlcə insanları aldadıb zavodun ərazisinə gətirib, sonra isə canlı qalxan kimi dinc əhalinin arxasında gizlənərək orada yerləşiblər. "İndi onlar insanın həyatını 66,6 kq olaraq qiymətləndirərək, yeməklə dəyişmək istəyirlər", - Volodin yazıb.
Xatırladaq ki, zavodun azad edilməsi üzrə əməliyyat qərargahının nümayəndəsi RİA Novosti-yə "Azovstal"da ukraynalı neonasistlərin bu niyyəti barədə məlumat verib. O bildirib ki, sövdələşmənin şərtlərinə görə, hər ton ərzaq, həmçinin dərman preparatları üçün 15 girov nəzərdə tutulub.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.