BAKI, 5 may — Sputnik. Azərbaycan neftinin qiyməti 114 dollara yaxınlaşır. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,85 ABŞ dollar və ya 2,57% artaraq 113,55 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-da xam neft ehtiyatlarının azalması və Avropa İttifaqının Rusiyadan xam neft idxalına qadağa qoyması ehtimalı neftin qiymətinin artmasına səbəb olub.
Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 3 milyon 479 min barel azalaraq təxminən 410 milyon 946 min barel təşkil edib.
Digər tərəfdən, bu həftə keçiriləcək OPEC-in iclasında neft hasilatında artımın nisbətən davam edəcəyi ilə bağlı qərarın verilməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.