DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanın Ukraynadakı hərbi əməliyyatının bu qədər uzanacağını düşünmürdüm - Lukaşenko

Belarus prezidentinin fikrincə, NATO qlobal qarşıdurmanın baş verməməsi üçün hər şeyi etməlidir, əks təqdirdə Putin istəməsə belə, Rusiya hərbçiləri reaksiya verəcəklər.
Sputnik
BAKI, 5 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin NATO ilə birbaşa münaqişəyə can atmır və Qərbi bunun baş verməməsi üçün hər şeyi etməyə çağırıb. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Çox güman ki, o, NATO ilə qlobal qarşıdurmanın olmasını istəmir. Bundan istifadə edin və bunun baş verməməsi üçün hər şeyi edin. Əks təqdirdə, Putin bunu istəməsə belə, hərbçilər reaksiya verəcəklər", - deyə Lukaşenko "Associated Press" xəbər agentliyinə müsahibəsində bildirib.
Belarus Prezidenti qeyd edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatının bu qədər uzanacağını düşünməyib.
“Mən bu problemlə hərbi əməliyyatların Rusiyanın planı üzrə getdiyini söyləyəcək qədər yüklənməmişəm. Ancaq yenə də hiss etdiyimi deyirəm: bu əməliyyat uzandı”, - o qeyd edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Volodin: NATO Ukraynanı Rusiyaya hücuma hazırlayırdı