AZƏRBAYCAN XƏBƏRLƏRİ

25 nəfərə elmi dərəcə, 6 nəfərə elmi ad verilməsindən imtina edilib

Ötən ay 26 nəfərə fəlsəfə doktoru, 10 nəfərə elmlər doktoru dərəcəsi verilib.
Sputnik
BAKI, 5 may — Sputnik. Ötən ay elmi dərəcə və elmi ad almış şəxslərin, eyni zamanda xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınmayan iddiaçıların sayı açıqlanıb.
Bu barədə APA-ya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından xəbər verilib.
Bildirilib ki, ötən ay 26 nəfərə fəlsəfə doktoru, 10 nəfərə elmlər doktoru dərəcəsi verilib, 25 nəfərə isə elmi dərəcə verilməsindən imtina edilib.
Həmçinin 24 nəfərə dosent adı verilib, 6 nəfərə elmi ad verilməsindən imtina edilib. Ötən ay professor elmi adı alan olmayıb. Aprel ayında 2 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi isə tanınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Fəlsəfə doktoru imtahanı necə keçiriləcək?