AZƏRBAYCAN XƏBƏRLƏRİ

Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sputnik
BAKI, 4 may — Sputnik. Vahid Rasim oğlu Hacıyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonundan biridir. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir.
İqtisadiyyatının əsas sahələri - Kənd təsərrüfatı, sənaye, turizmdir.
Təbii ehtiyatları - Qızıl, civə, mərmər, üzlük tikinti daşları, kopal, perlitdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Prezidentin sərəncamı sərvətlərimizi üzə çıxardı