AZƏRBAYCAN XƏBƏRLƏRİ

Vilayət Quliyev Azərbaycanın Bosniya və Herseqovinada səfiri təyin edilib

O, bundan əvvəl Azərbaycanın Macarıstandakı səfiri olub.
Sputnik
BAKI, 4 may — Sputnik. Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.
V.Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri vəzifəsində çalışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Azərbaycan XİN Ermənistanı qınadı