AZƏRBAYCAN XƏBƏRLƏRİ

İqtisadiyyat Nazirliyinin yeni Çağrı Mərkəzi istifadəyə verilib

Müraciətlərin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə nazirlik üzrə vahid platforma yaradılıb.
Sputnik
BAKI, 4 may — Sputnik. Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə nazirlik üzrə vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb.
İqtisadiyyat Nazirliyi və qurumlarına "195-1" qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.
4 may 2022-ci il tarixindən etibarən 195-1 Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı ildə verdiyi sərəncam ilə İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb.
Çağrı Mərkəzi
Xatırladaq ki, sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini gücləndirmək, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsini yüksəltmək, sahibkarlar tərəfindən nazirliyin səlahiyyətlərinə aid olan məsələlərə dair edilən müraciətlərin cavablandırılmasında sistemlilik yaratmaq və operativliyə nail olmaq, bununla da sahibkarlıq subyektlərinin lazımi iqtisadi və hüquqi informasiya ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2009-cu ildə Telefon Məlumat Mərkəzi yaradılıb.
İqtisadiyyat Nazirliyinin "195-2" Telefon Məlumat Mərkəzinin fəaliyyəti müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilmiş, eyni zamanda Telefon Məlumat Mərkəzinin adı dəyişdirilərək Çağrı Mərkəzi adlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Samur gömrük postunda sıxlığın aradan qaldırılması üçün qaynar xətt yaradılıb