İQTİSADİYYAT

Neft bahalaşır - SƏBƏBLƏR

Dünyada neftin qiymətləri artarkən, Azərbaycan nefti ucuzlaşıb. Bahalaşmanın səbəbləri Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 4 may — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
"Azeri Light" markalı neftin qiyməti 1,92 dollar azalaraq 110,70 dollar olub.
Birjalarda neft bahalaşır
"Brent" neftinin qiyməti 1,13% artaraq 106,16 dollar, "WTI" markalı neftin qiyməti 1,31% artaraq 103,75 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-da xam neft ehtiyatlarının azalması və Avropa İttifaqının Rusiyadan xam neft idxalına qadağa qoyması ehtimalı neftin qiymətinin artmasına səbəb olub.
Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 3 milyon 479 min barel azalaraq təxminən 410 milyon 946 min barel təşkil edib.
Digər tərəfdən, bu həftə keçiriləcək OPEC-in iclasında neft hasilatında artımın nisbətən davam edəcəyi ilə bağlı qərarın verilməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NEFT-QAZ
Dünyada neft ucuzlaşır, Bakı nefti bahalaşır