CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

Ümumilikdə dörd mindən çox insana Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına birdəfəlik yardım verilib.
Sputnik
BAKI, 4 may — Sputnik. İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müharibədə iştirak etmiş şəxslərin - 81 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəyib. Bu barədə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 19 aprel 2022-ci il tarixli Sərəncamı ilə nazirlik həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına, ümumən 4233 nəfərin hər birinə də 750 manat məbləğində birdəfəlik maddi yardımın ödənişini həyata keçirib.
Sərəncam çərçivəsində ümumilikdə 4314 nəfər Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına birdəfəlik maddi yardımla təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Bu şəxslərə 1500 manat birdəfəlik yardım ödəniləcək - Prezidentdən sərəncam