TƏHSİL

Bu gündən birinci siniflərə qeydiyyat başlayır

Azərbaycanda məktəb yaşı çatan uşaqlar üçün təhsil müəssisəsinin seçiminə bu gündən start verilir.
Sputnik
BAKI, 4 may - Sputnik. Bu gündən birinci sinfə qeydiyyat prosesi başlanılır.
Təhsil Nazirliyindən verilən xəbərə görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Həmin tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Doqquzuncu sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılıb