QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda bərpa olunan yaşayış məntəqələrinin sayı artacaq

Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınması ilə bağlı tenderə yekun vurulub.
Sputnik
BAKI, 3 may - Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi içaldan azad edilmiş ərazilərdə kəndlərin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub.
Komitədən verilən məlumata görə, tender Laçın rayonunun Qorçu qəsəbəsinin, Ağdam rayonunun Xıdırlı, KəngərliSarıcalı kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin, Qubadlı rayonunun Zilanlı, XanlıqMahruzlu kəndlərinin, Laçın rayonunun Güləbird kəndinin, Zəngilan rayonunun Məmmədbəyli Cahangirbəyli kəndlərinin, Cəbrayıl rayonunun Horovlu kəndinin və Şuşa rayonunun Daşaltı kəndini əhatə edib.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, tenderlərin qalibi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu (1-8-ci tenderlər üzrə), “Qala Group” MMC (9-12-ci tenderlər üzrə) və “Feniks-AA” MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 420 min manat, 470 min manat, 325 min manat, 290 min manat, 378 min manat, 335 min manat, 380 min manat, 360 min manat, 295 min manat, 340 min manat, 330 min manat, 387 min manat və 250 min manat, ümumilikdə isə 4 milyon 560 min manat ödəniləcək.
Qeyd edək ki, daha əvvəl Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınması ilə bağlı tender keçirmişdi.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.