RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin: "Rusiya Ukrayna ilə dialoqa açıqdır"

Putin bildirib ki, Qərb Ukraynaya silah tədarükünü dayandırmaqla vəhşiliklərin dayandırılmasına kömək edə bilərdi.
Sputnik
BAKI, 3 may - Sputnik. Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Rusiya prezidenti fransalı həmkarının diqqətini Avropa İttifaqı ölkələrinin Ukrayna silahlı qüvvələrinin hərbi cinayətlərinə məhəl qoymamasına yönəldib. Putin bildirib ki, Qərb Kiyev hakimiyyətinə müvafiq təzyiq göstərməklə, eləcə də Ukraynaya silah tədarükünü dayandırmaqla bu vəhşiliklərin dayandırılmasına kömək edə bilərdi.
Rusiya-Ukrayna danışıqları barədə danışan Rusiya lideri bildirib ki, Kiyevin qeyri-ardıcıllığına və ciddi işə hazır olmamasına baxmayaraq, Rusiya tərəfi əvvəlki kimi dialoqa açıqdır.
Vladimir Putin vurğulayıb ki, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət ilk növbədə Qərbin sanksiyaları ilə çətinləşir.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.