BAKI, 3 may - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət Yerevan-Sevan əsas magistral yolunu bağlayıb. Bu barədə RİA Novosti Ermənistan KİV-lərinə istinadən xəbər yayıb.
Qeyd olunur ki, müxtəlif Telegram kanallarında, bloklanmış magistral yolu ilə bağlı videolar paylaşılıb.
Xatırladaq ki, çərşənbə axşamı müxalifət Yerevan küçələrini və respublikanın əsas magistral yollarını bağlayaraq genişmiqyaslı etiraz aksiyaları keçirib.
Polis səhər saatlarında paytaxt küçələrini bağlayan müxalifətin 70 nümayəndəsinin həbs olunduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.