BAKI, 3 may - Sputnik. Türkiyə bir milyon suriyalının Suriyanın təhlükəsiz bölgələrinə qayıtmasını təmin edəcək layihə hazırlayır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz bir milyon suriyalının geri qayıtmasını təmin edəcək layihəyə hazırlaşırıq”, - Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, 2016-cı ildən Türkiyə sərhəd bölgəsində əməliyyatılara başladığı vaxtdan indiyədək 500 minə yaxın suriyalı rəsmi Ankaranın yaratdığı təhlükəsiz zonalarına qayıdıb.
Bir müddət əvvəl Türkiyə Prezidenti demişdi ki, Türkiyə Suriyanın şimalında suriyalı qaçqınların yerləşdirilməsi üçün 100 min quraşdırılma ev tikmək niyyətindədir.
Xatırladaq ki, Suriyanın şimal-qərbində 2017-ci ildə deeskalasiya zonası yaradılıb. 2020-ci il martın 6-dan Rusiya ilə Türkiyə arasında əldə olunan razılaşmalardan sonra atəşkəs rejimi tətbiq olunsa da, terrorçular atəşkəs rejimini mütəmadi olaraq pozurlar.
Türkiyə 2017-ci ildən bəri Suriyanın şimalında üç hərbi əməliyyat keçirib. Hələbin şimalındakı Aazaz və Cerablus şəhərləri arasında bufer təhlükəsizlik zonası yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.