BAKI, 3 may - Sputnik. ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxış edərkən yenə də səhv edib. New York Post-un yazdığıma görə, bu dəfə Bayden vəzifəsini səhv deyib.
Belə ki, dövlət başçısı toplantı iştirakçıların Delaver ştatından olan ilk senator olduğunu deyib, amma əslində ilk prezident olduğunu deməli idi.
Prezident həmçinin Delaver Universiteti yanında Bayden İnstitutunun əməkdaşı Mədinə Uilson-Entonu təqdim edərkən səhvə yol verib.
"Delaverdən senator (prezident nəzərdə tutulur - red.) az olub. Bura kiçik ştatdır. Düzünə qalsa, heç olmayıb. Ona görə də Mədinə Uilson-Entonu təqdim etmək imkanından istifadə etmək istəyirəm", - deyə Bayden Ağ Evdə Müqəddəs Ramazan bayramının sona çatması ilə bağlı tədbirdə bildirib.
Qeyd etmək lazımdır ki, Co Bayden Delaver 36 il ştatından senator olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.