RUSİYA

Rusiya neft və qazından imtina yanacağın qiymətlərinə zərbə vuracaq - Kristian Lindner

Almaniyanın maliyyə naziri hesab edir ki, Rusiya kömür və neftindən imtina mümkündür, lakin bu, yanacağın qiymətini qaldıracaq.
Sputnik
BAKI, 2 may — Sputnik. Almaniya hökuməti Rusiya neftinin idxalından imtinanı mümkün hesab edir, lakin bu, yanacağın qiymətlərinə təsir göstərə bilər.
RİA Novosti-nin məlumatına görə, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib.
"Rusiyadan kömür və neft idxalından imtina etmək artıq mümkündür. Amma istisna etmək olmaz ki, başqa şeylərlə yanaşı, bu, yanacaqdoldurma məntəqələrinə təsir göstərəcək, belə bir qərardan sonra yanacağın qiyməti qalxa bilər", - Lindner bildirib.
Daha əvvəl Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebeştrayt bildirmişdi ki, Aİ ölkələri Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketinin mümkün hissəsi kimi Rusiya neftinə embarqonun tətbiqini müzakirə edirlər. Onun sözlərinə görə, hələlik heç bir qərar verilməyib.
Bir sıra Qərb ölkələri Ukraynaya görə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Putin həmçinin bildirib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq Rusiya qarşısında öhdəliklərini yerinə yetirməyib, valyuta ehtiyatlarını dondurub. Cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir.
"Rusiya özünü təcrid etmək fikrində deyil, onu müasir dünyadan ciddi şəkildə təcrid etmək olmaz", - Kremlin başçısı əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.