RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov Putinin səhhəti barədə: Bunu onun görüşdüyü xarici qonaqlardan soruşun

Rusiya XİN başçısı qeyd edib ki, hərbçilər süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Amma həmişə olduğu kimi 9 Mayı da təntənəli şəkildə qeyd edəcəklər.
Sputnik
BAKI, 2 may - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazir prezidentin səhhətinə şübhə edənlərə məsləhət görüb ki, bu barədə onun qəbul etdiyi xarici qonaqlardan soruşsunlar.
“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, təhlükənin nə olduğunu başa düşəcəksiniz", - deyə Lavrov bildirib.
Qeyd edək ki, Qərbdə prezident Putinin səhhətindəki vəziyyətlə bağlı çoxlu fərziyyələr var.
Sergey Lavrov İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində həmçinin deyib ki, Moskva Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması üçün müddəti mayın 9-na qədər süni şəkildə uyğunlaşdırmayacaq.
“Hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Biz həmişə olduğu kimi 9 Mayı da təntənəli şəkildə qeyd edəcəyik”,- deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı risklərin minimuma endirilməsi zərurətindən asılı olaraq dəyişir.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Lavrov Ukraynadakı xüsusi əməliyyatın nə vaxt başa çatacağını açıqlayıb