AZƏRBAYCAN XƏBƏRLƏRİ

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri dünən yenidən atəşə məruz qalıb.
Sputnik
BAKI, 2 may - Sputnik. Mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HƏRBİ
Ermənistan ordusu Kəlbəcəri iriçaplı silahlarla atəşə tutub