BAKI, 2 may - Sputnik. Aprel ayında Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən sammit, sərhəd məsələlərinin həlli və birgə nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində sürəti müəyyən qədər bərpa edib.
Bu fikir "Fitch Ratings" ekspertləri tərəfindən irəli sürülüb.
“Biz gözləyirik ki, nəticədə sülh sazişi əldə olunacaq”, - agentliyin ekspertləri bildirib.
Bu fikir "Fitch Ratings" ekspertləri tərəfindən irəli sürülüb.
“Biz gözləyirik ki, nəticədə sülh sazişi əldə olunacaq”, - agentliyin ekspertləri bildirib.
Onlar hesab edir ki, Rusiyanın ABŞ və Fransa (hər üçü ATƏT-in Minsk qrupunun həmsədridir-red.) ilə münasibətlərindəki mövcud problemlər Bakı ilə İrəvan arasında danışıqlar prosesini müəyyən qədər çətinləşdirir.
Eyni zamanda agentlik xatırladıb ki, fevral ayında Azərbaycan və Rusiya Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamə imzalayıblar.
Ekspertlərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynadakı vəziyyətlə bağlı neytral mövqe tutur və bununla əlaqədar Rusiyadan ticarət embarqoları riski azalır.