SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan İran və Azərbaycan prezidentləri ilə telefonda nə danışıb?

Ərdoğan İrana səfər etmək, beynəlxalq və regional məsələlərlə bağlı ətraflı müzakirə aparmaq istədiyini dilə gətirib.
Sputnik
BAKI, 2 may - Sputnik. İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Prezidentlər bir-birilərini Ramazan bayramı münasibətilə təbrik ediblər.
İran prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı region ölkələri, xüsusilə Türkiyə ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu açıqlayıb.
Rəisi və Ərdoğan Fələstin məsələsini müzakirə ediblər.
Telefon danışığında R.T.Ərdoğan İrana səfər edərək beynəlxalq və regional məsələləri yaxından müzakirə etmək istədiyini dilə gətirib. O qeyd edib ki, Türkiyə İranla ticarət dövriyyəsinin həcmini artırmaq niyyətindədir.
Xatırladaq ki, mayın 2-də Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə də telefonla danışıb.
Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar.
Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.