RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynada müharibənin bitməsini istəməyən ölkələr var - Türkiyə XİN rəhbəri

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, arxa qapı diplomatiyasına baxanda xeyli ümidlənirlər.
Sputnik
BAKI, 1 may - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Ukraynada müharibənin bitməsini istəməyənlər var və həmin ölkələr heç niyyətlərini gizlətmirlər də.
“Biz düşünürük ki, müharibə davam etdikcə, Ukrayna şəhərləri bombalanacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki liderlə (Ukrayna və Rusiya – red.) telefon əlaqəsi saxlayır, yeganə məqsədi müharibəni dayandırmaq və onları görüşdürməkdir. Səylərimizi səmimiyyətlə davam etdiririk. Prezidentimiz də lazım olanda onlarla əlaqə saxlayır”, - deyə Çavuşoğlu Latın Amerikası ölkələrinə səfərinin yekunlarına dair brifinqdə bildirib.
“Onların atəşkəslə bağlı danışıqlar apardıqları mətnə ​​nəzər salsaq, gah irəliləyiş, gah da geriləmə görürük. Ona görə də orada çox da ümidli ola bilmərik. Amma biz arxa qapı diplomatiyasına baxanda ümidlənirik. Hamı görür ki, müharibənin bitməsini istəməyənlər var. İndi həmin ölkələr demək olar ki, gizlənmirlər”, - deyə Report Türkiyə XİN rəhbərinin sözlərini tərcümə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.