RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Türkiyədən Kiyev və Moskvaya mühüm mesaj

Türkiyə prezidentinin təmsilçisi İbrahim Kalın deyib ki, rəsmi Ankara Rusiya-Ukrayna böhranının aradan qaldırılması istiqamətində səylərini davam etdirəcək.
Sputnik
BAKI, 1 may - Sputnik. Rusiya-Ukrayna arasında İstanbul danışıqlarının davamı Kiyev və Moskva arasındakı böhranın aradan qaldırılmasında aparıcı rol oynaya bilər.
Bu açıqlama ilə Türkiyə prezidentinin təmsilçisi İbrahim Kalın Ukraynaya səfərindən danışarkən çıxış edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın ötən həftə Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışıqlarını xatırladan Kalın, rəsmi Ankaranın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.

Onun dediyinə görə, Türkiyə həm ikitərəfli əsasda, həm də BMT ilə əlaqələndirilmiş şəkildə atəşkəsin əldə olunması istiqamətində addımlarını davam etdirəcək.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Ukraynaya səfəri zamanı Kalını Türkiyənin xarici işlər nazirinin müavini müşayiət edib.
Görüşdən sonra Kalın Tükiyənin Kiyevdəki səfirliyində mətbuat üçün açıqlama verib. Açıqlamada bildirilir ki, səfərin məqsədi ikitərəfli əlaqələri müzakirə etmək və münaqişənin həllinə kömək göstərməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.