BAKI, 1 may - Sputnik. Rusiyanın Belqorod vilayətində Müdafiə Nazirliyinin obyektinin ərazisində yanğın baş verib.
RİA Novosti-nin xəbərinə görə, vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, "qurbanlar və dağıntılar barədə məlumat dəqiqləşdirilir".
Hazırda xidmət orqanlarının əməkdaşları yanğın yerindədir.
Daha əvvəl isə yerli sakinlər Belqorod vilayətinin Tomarovka kəndi yaxınlığında partlayışlar barədə məlumat vermişdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.