RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya XİN Ancelina Colinin Ukraynaya niyə getdiyini izah edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü hesab edir ki, Hollivud ulduzunun Lvov səfəri dünya ictimaiyyətinin diqqətini "Azovstal"da baş verənlərdən yayındırmaq məqsədi daşıyır.
Sputnik
BAKI, 1 may — Sputnik. Amerikalı aktrisa Ancelina Colinin Ukraynaya səfəri diqqəti Mariupoldakı "Azovstal" zavodu ətrafındakı vəziyyətdən yayındırmaq üçün təşkil edilib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, Telegram kanalında yazıb ki, adi adamlara "dünya şöhrətli aktrisa Ukraynada raket atəşinə tutulub" yalanını sırımaq çox asandır.
Zaxarovanın sözlərinə görə, Coli BMT-nin xoşməramlı səfiri kimi fəaliyyət göstərir. Lakin sözügedən təşkilat "onun Lvov tətilində iştirakını inkar etməyə tələsib".
"O, suriyalı qaçqınlara və aclıq çəkən afrikalılara da baş çəkib. Düzdür, onların heç biri bundan daha asan başa gəlməyib. Amma bu, heç kimi maraqlandırmır. Əsas məqsədə nail olunub - dünya mətbuatının diqqəti "Azovstal"dan yayınıb", - Zaxarova əlavə edib.
Onun sözlərinə görə, "Azovstal"da Ukrayna hərbçiləri "mülki insanları girov saxlayıblar", lakin bu şərtlər altında "Qərb piarının dahiləri" aktrisanı öz aksiyalarına cəlb ediblər.
Bir müddət əvvəl Amerika KİV-ləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xüsusi nümayəndəsi olan Ancelina Colinin bölgəyə "şəxsi" səfəri çərçivəsində Lvov şəhərində olduğunu bildirib.
Hollivudun məşhur aktrisası Ancelina Coli Lvovda səfərdədir. Ukrayna medasınını yaydığı məlumata görə, hava sireninin səsindən sonra o, izdihamla birlikdə sığınmaq üçün qaçmağa məcbur olub.
O, qatar stansiyasında olarkən raket zərbəsi təhlükəsi olduğu üçün şəhərdə həyəcan siqnalı verilib. Könüllülər dərhal Coliyə daha təhlükəsiz yerə getməyi təklif ediblər. Beləliklə, o, xeyli insanla birlikdə bomba sığınacağına qaçıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.