BAKI, 1 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin bir sıra Avropa ölkələri ilə vizaların verilməsinin sadələşdirilmiş prosedurunun ləğvi haqqında qanunu imzalayıb.
Sənəd Hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Qanun Avropa İttifaqı, Danimarka, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrənin bir sıra kateqoriyadan olan vətəndaşlarına, o cümlədən jurnalistlərə və rəsmi nümayəndə heyətlərinə sadələşdirilmiş vizaların verilməsinin dayandırılmasını nəzərdə tutur.
İzahat qeydində bildirilir ki, qanun "yuxarıda qeyd olunan xarici dövlətlərin vətəndaşları - diplomatik pasportlara malik olan şəxslər üçün viza rejiminin tətbiqi, habelə rəsmi nümayəndə heyətlərinin, milli və regional hökumətlərin, parlamentlərin, konstitusiya və ali məhkəmələrin müvafiq üzvləri və jurnalistlər üçün viza güzəştlərinin ləğv edilməsi məqsədilə hazırlanıb".
Bundan əvvəl Putinin "Xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar viza xarakterli cavab tədbirləri haqqında" fərmanı dərc edilib.
Fərman xüsusilə diplomatik pasport sahiblərinin Rusiya ərazisinə vizasız daxil ola bilməsi normasını dayandırır. Həmçinin, Putinin fərmanı Avropa İttifaqı vətəndaşlarına vizaların sadələşdirilmiş qaydada verilməsinə dair sazişin bir sıra bəndlərinin ləğvini nəzərdə tutur. Bu sənəd çərçivəsində tədbirlər rəsmi nümayəndə heyətlərinə və jurnalistlərə təsir edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.