BAKI, 1 may - Sputnik. Braziliya prezidenti Jair Bolsonaro Ukraynadakı vəziyyəti həll etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra dövlətlərin liderlərinin Rusiyaya səfərini təşkil etməyə hazır olduğunu açıqlayıb.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib.
“Venesuela Rusiya ilə yaxşı münasibətdədir. Həm Braziliya, həm də Venesuela bildiriblər ki, müharibə dayandırılmalıdır. Braziliya prezidenti deyib ki, əgər Türkiyə lideri Ərdoğan üçün münasib olarsa, bir sıra ölkələrin liderləri ilə Moskvaya birgə səfər təşkil edə bilər", - Çavuşoğlu deyib.
"Bu səylərə öz töhfəmizi vermək istədiyimizi bildirdik. Biz bu məsələnin üzərində işləyəcəyik və cavab verəcəyik”, - Türkiyə XİN rəhbəri əlavə edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.