SƏHİYYƏ

İyunda Rusiyada COVID-19-un yayılması təhlükəsi var - Muraşko

"Rospotrebnadzor" Rusiyada COVID-19-a yoluxma hallarının azalması tempinin aşağı düşdüyü və pandemiyanın hələ bitmədiyi barədə xəbərdarlıq edib.
Sputnik
BAKI, 30 aprel - Sputnik. İyun ayında COVID-19-a yoluxma hallarının artması riski yüksəkdir. RİA Novostinin xəbərinə görə, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.
Onun sözlərinə görə, yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmaq lazımdır.
“İndi təkrar peyvənd olunmaq çox vacibdir, çünki bizim proqnozlarımıza görə, kollektiv immunitet azaldığından, iyun ayında, mayın sonunda, bəlkə də iyunda xəstələnmənin artması riski yüksəkdir”, - deyə o, jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, xəstələnmə dalğasının yenidən yüksəlməsini gözləmək yox, profilaktika ilə məşğul olmaq lazımdır.
Daha sonra nazir koronavirusdan sonra diabet və autoimmun xəstəliklərin inkişaf riskinin yüksək olduğunu bildirib:
"Revmatoid artrit kimi autoimmün xəstəliklər də ortaya çıxır və 1-ci tip diabetin inkişaf riski daha yüksəkdir."
Nazir bir daha vurğulayıb ki, xəstəlikdən sonra hər hansı fəsad gözləmək lazım deyil, özünü qorumaq üçün peyvənd edilməlidir.
Xatırladaq ki, bir müddət əvvəl "Rospotrebnadzor"un rəhbəri Anna Popova Rusiyada COVID-19-a yoluxma hallarının azalması tempinin aşağı düşdüyünü və pandemiya hələ bitmədiyini deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.