BAKI, 30 aprel - Sputnik. Rusiya prezidenti Vladimir Putin DXR, LXR və Ukraynanın işğaldan azad edilmiş ərazilərində yaşayan Böyük Vətən Müharibəsi əlillərinə və iştirakçılarına on min rubl məbləğində müavinət verilməsi haqqında fərman imzalayıb. RİA Novosti-nin xəbərinə görə, müvafiq sənəd hüquqi ölkənin informasiya portalında dərc olunub.
“Rusiya Federasiyası Hökuməti bu fərmanın icrası ilə bağlı xərcləri, o cümlədən birdəfəlik ödəmənin çatdırılması xərclərini maliyyələşdirməlidir”, - deyə mətndə deyilir.
Bildirilir ki, fərman imzalandığı gündən qüvvəyə minir.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!