BAKI, 30 aprel-Sputnik. Aprelin 30-da və mayın 1-də (şənbə və bazar günləri) paytaxtın bəzi prospektlərində təmir işləri aparılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, aprelin 30-da saat 08:00-dan mayın 1-i saat 20:00-dək Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Aprelin 30-u saat 08:00-dan mayın 1-i saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Həmçinin mayın 1-i saat 08:00-dan saat 20:00-dək Heydər Əliyev prospektində Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində) həyata keçiriləcək təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində də qismən məhdudlaşma tətbiq ediləcək.
Sürücülərdən qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.