NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti bahalaşmaqda davam edir

Neft qiymətlərinin kəskin dalğalanması Ukraynada baş verən hadisələr və Çində COVİD-19-a yoluxmaların artması ilə bağlıdır.
Sputnik
BAKI, 30 aprel-Sputnik. Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb. "Azeri Light" markalı neftin qiyməti 2,45 ABŞ dolları və ya 2,2% artaraq 112,62 dollar təşkil edib.
“Brent” neftinin qiyməti 1,63% artaraq 109,34 dollar, “WTI” markalı neftin qiyməti 0,64% azalaraq 104,69 dollar olub.
Qeyd edək ki, Ukraynada baş verən hadisələr və ən böyük neft idxalçısı Çində COVİD-19-a yoluxmaların artması neft qiymətlərinin kəskin dalğalanmasına səbəb olub.
Neftin qiyməti beşinci aydır ki artmaqda davam edir.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.