RUSİYA

Rusiya əcnəbilərlə bağlı yeni qanunun qəbuluna hazırlaşır - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyib ki, əcnəbilərin ölkəyə giriş-çıxışını və burada qalma müddətini tənzimləyəcək qanuna ehtiyac var.
Sputnik
BAKI, 29 aprel - Sputnik. Yaxın vaxtlarda əcnəbilərin Rusiyaya giriş, çıxışı və qalma müddəti məsələlərini tənzimləyən yeni qanun qəbul ediləcək.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Nəzərə almaq lazımdır ki, yaxın vaxtlarda əcnəbilərin ölkəmizə gəlməsi, ölkədən çıxışı və burada qalmasının bütün məsələlərini tənzimləyən yeni qanunun qəbulu nəzərdə tutulur. Burada mövcud beynəlxalq müqavilələri təhlil etmək, onların vəziyyətini və bu qanun layihəsinə uyğunluğunu qiymətləndirmək lazım gələcək”, - deyə o, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının dövlət miqrasiya siyasətinin təkmilləşdirilməsi məsələləri üzrə idarələrarası komissiyasının iclasında bildirib.
Medvedev qeyd edib ki, bu iş artıq aparılır, lakin qanunvericilik toplusu kifayət qədər "rəngarəng"dir və diqqətlə nəzərdən keçirilməni tələb edir.
"Əlbəttə, buna uyğun düzəlişlər etmək lazım gələcək. Hazırkı şəraitdə, görünür, təcili zərurətdən irəli gəlmirsə, yeni sazişlər bağlamaqdan çəkinməyin mənası var", - o, əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.