VİDEO

Rus kosmonavtları kosmosda Böyük Vətən Müharibəsinin Qələbə bayrağını açdılar

Rusiyalı kosmonavtlar Oleq Artemiev və Denis Matveev kosmosdan 9 May Qələbə gününü təbrik ediblər.
Sputnik
Rusiyalı kosmonavtlar "Nauka" çoxfunksiyalı laboratoriya modulunda Qələbə bayrağını açıblar. 7 saat 43 dəqiqə davam edən kosmosda gəzinti zamanı onlar ilk dəfə ERA uzaqdan manipulyatorunu işə salıblar.
Oleq Artemiev və Denis Matveev bunu 9 May Qələbə Günü ərəfəsində BKS-dan kənarda işləyərkən ediblər.
Video Roskosmos tərəfindən yayımlanıb.
"Qarşıdan gələn Qələbə gününüz mübarək olsun!" - videogörüntüdə qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.