RUSİYA

Putin bu il 9 May paradına heç kəsi dəvət etməyib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, heç Belarus Prezidenti Aleksandr Lukaşenko da mayın 9-da Moskvaya getməyəcək.
Sputnik
BAKI, 29 aprel - Sputnik. Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qələbə Günü münasibəti ilə Moskvada keçiriləcək hərbi parada heç bir dövlət liderini dəvət etməyib.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Putinin addımını belə izah edib: "Çünki bu, yubiley tarixi deyil".
Peskovun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko da mayın 9-da Moskvaya səfər etməyi planlaşdırmır.
Qeyd edək ki, keçmiş müttəfiq respublikaların bəzilərində Qələbə Gününə həsr edilən parad keçirilməyəcək.
Qazaxıstan bu il Qələbə Günü paradını keçirməyi planlaşdırmır. Bu barədə aprelin 13-də respublikanın müdafiə nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, Qazaxıstan 2020-2021-ci illərdə də parad keçirməyib, lakin bu, koronavirusla bağlı vəziyyətlə əlaqəli olub.
Eyni zamanda, mətbuat xidmətinin qeyd etdiyi kimi, ölkədə hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Ümumilikdə Müdafiə Nazirliyi respublikanın bütün bölgələrində 50-yə yaxın müxtəlif tədbir təşkil etməyi planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.