VİDEO

Mariupolda döyüşən britaniyalılar: Onlar orada nə edirlər?

Mariupolda təslim olan iki britaniyalı hərbçi daha əvvəllər Suriyada döyüşüblər. Lakin bu hərbçilər Britaniya ordusunun tərkibində deyillər və bu, onlar tərəfindən ekstremizm hesab olunur. Məhz bu səbəbdən də onlar artıq evlərinə qayıda bilməyiblər.
Sputnik
Ukrayna dəniz piyadalarının komandiri Starçuk bu barədə RİA Novosti-yə danışıb.
- Zəhmət olmasa, deyin, onların xidmətdən əvvəl döyüş təcrübəsi olub?
- Astrinin var idi. O, Suriyada döyüşdüyünü söyləmişdi. Doğrusu, kimin üçün döyüşdüyünü bilmirəm, mən özüm bu məsələdə çox bacarıqlı deyiləm. Amma o, Suriyada olması və orada krallığın, yəni Böyük Britaniyanın silahlı qüvvələrinin tərkibində döyüşməməsi səbəbindən, deyəsən, Britaniyaya qayıda bilməyəcəyini də deyirdi. Britaniyada bu, ekstremizm və ya terrorizm hesab edilir. Bilmirəm, yəqin ki, qayıtmasına icazə verilməyib.
Şon Pinner də Suriyadakı qrupun tərkibində olub. Bir sözlə, o da Astrinin vəziyyətindədir və geri qayıtması mümkün deyil. Yəni, yəqin ki, müqavilələri başa çatandan sonra Ukrayna vətəndaşlığını alsalar, bu məsələ həll oluna bilər və onlar Mariupola ukraynalı kimi qayıdarlar.