BAKI, 29 aprel — Sputnik. Qərb sanksiyalarla Minsk və Moskvanı diz çökdürə bilməyəcək, çünki bizim kifayət qədər resurs və texnologiyalarımız var. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Qomel vilayətinin Çeçersk sakinləri ilə söhbəti zamanı deyib.
Dövlət başçısı bir daha ona diqqət çəkib ki, sanksiyalar təzyiqi yeni imkanlar axtarmağa vadar edir.
"Bazar açıqdır, hərəkət etmək lazımdır, ağlamaq yox", - deyə o bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.