AZƏRBAYCAN XƏBƏRLƏRİ

Kəlbəcərin kəndlərini Türkiyə şirkətləri bərpa edəcək

Kəlbəcərin kəndlərinin bərpası ilə bağlı tenderləri qalibləri əsasən Türkiyə şirkətləridir.
Sputnik
BAKI, 29 aprel — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli rayonunun Dədəli və Pirəhmədli, Kəlbəcər rayonunun Zallar, Yanşaq və Zar, Xocavənd rayonunun Tuğ və Hadrut, Cəbrayılın Xudafərin, Laçın rayonunun Şəlvə kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderlərin qalibi "BİMD" QSC (1-4-cü tenderlər), "REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited" şirkətinin yerli filialı (5-6-cı tenderlər), "Bureau Mühit" MMC (7-9-cu tenderlər)-dir. Qalib şirkətlərə müvafiq olaraq 1,53 milyon manat, 4,366 milyon manat və 848 min manat, ümumilikdə isə 6,744 milyon manat ödəniləcək. (Report)
Qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" tikilib qurtarmaq üzrədir. Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycanın 3 filiz yatağını Türkiyə şirkətləri işlədəcək