İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı

Faiz dəhlizinin parametrləri barədə növbəti qərar iyunun 17-də ictimaiyyətə açıqlanacaq.
Sputnik
BAKI, 29 aprel - Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Bu barədə qurumun sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% saxlanılıb.
Faiz dəhlizinin parametrləri barədə növbəti qərar iyunun 17-də ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar xarici mühitdə və ölkə iqtisadiyyatında gedən proseslər, maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, inflyasiyanın dinamikası və proqnozu nəzərə alınmaqla qəbul ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankı açıqlama yaydı: Məlumat təhrif olunub