AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ali Baş Komandan: İşğalla bağlı vəziyyət onlar üçün məqbul idi

Prezident İlham Əliyev deyib ki, Minsk Qrupunun həmsədrlərinin özlərinin qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi aydındır.
Sputnik
BAKI, 29 aprel — Sputnik. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, 27 ildə onların heç biri icra edilmədi, biz özümüz onları icra etdik.
Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda London beyin mərkəzinin nümayəndəsi, St Andrews Universitetinin professoru Rik Faunun sualına cavabında bildirib.
Dövlətimizin başçısı deyib ki, o qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Onların nə üçün özlərinin qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi çox aydındır. "İşğalla bağlı vəziyyət onlar üçün - Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi. Bizə isə məqbul deyildi, biz azlıqda idik", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı fərman imzalayıb