BAKI, 28 aprel — Sputnik. Qərb ölkələri açıq şəkildə Ukraynanı tədarük etdikləri silahlarla istifadə edərək Rusiya ərazisinə hücum etməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Biz ötən gün Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirməsinin mümkünlüyü ilə bağlı açıqlamalarına münasibət bildirmişik", - deyə diplomat bildirib.
"Başqa sözlə, Qərb açıq şəkildə Kiyevə NATO ölkələrindən alınan silahlardan istifadə edərək Rusiyaya hücum etməyə çağırır. Kiyevdə bunu fəaliyyətə rəhbərlik kimi qəbul etdilər: son bir neçə həftə ərzində Ukrayna silahlı qüvvələri Rusiyanın bu ölkə ilə həmsərhəd rayonlarını atəşə tutub, nəticədə insan tələfatı və dağıntılar olub. Bu, Zelenski rejiminin öz qərarlarında müstəqil olmadığını və tamamilə kənar kuratorlardan asılı olduğunun bir daha sübutudur", - Rusiya Xİn sözçüsü vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə qarşı bu cür cinayətkar fəaliyyəti cavabsız qala bilməz.
"Mən istərdim ki, Ukrayna və Qərb paytaxtları bu təhriklərin Rusiyanın sərt reaksiyasına səbəb olacağı ilə bağlı bəyanatlarını ciddi qəbul etsinlər", - Zaxarova bildirib.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə söyləyib ki, Qərb ölkələrinin belə bəyanatları qitənin təhlükəsizliyi üçün təhdiddir. "Bu cür hərəkətlər sabitlik üçün təhlükədir", - o vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.