BAKI, 28 aprel — Sputnik. Keçmiş SSRİ respublikaları Belarus və Rusiya İttifaq Dövlətinə üzv olacaqlar. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.
"Əminəm ki, keçmiş Sovet İttifaqının digər respublikaları da sözügedən ittifaqa qoşulacaqlar" - "BelTA" Belarus prezidentindən sitat gətirir.
Lukaşenkonun hansı ölkələri nəzərdə tutduğu məlum olmasa da, o, əvvəllər də oxşar bəyanatla çıxış edib.
Qeyd edək ki, İttifaq Dövləti Rusiya və Belarus tərəfindən yaradılmış təşkilatdır.
1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındakı birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirilib və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirilib. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalanıb. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq Dövləti"nin yaradılması haqqında müqavilə imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.