“Lənət olsun!”: Bakı küçələrində “Brilyant əl” filmi necə çəkilib

Sovet dövrünün ən maraqlı filmlərindən birinin bəzi kadrları İçəri Şəhərdə lentə alınıb.
Sputnik
BAKI, 28 aprel — Sputnik. 1969-cu il aprelin 28-də “Brilyant əl” filmi Sovet İttifaqının ekranlarına çıxıb. Film prokatının ilk ilində bu filmi 76,7 milyon tamaşaçı izləyib. Leonid Qaydayın çəkdiyi komediya filmindən ən yaxşı epizodları Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.
Filmin çəkilişləri 1968-ci ilin aprel ayının sonunda başladı və noyabrın ortalarına qədər davam etdi. Sentyabrın ortalarında qrup “xaricdə” epizodları çəkmək üçün Bakıya gəlir və onların burada qalması iki həftəyə qədər uzanır.
Bakının qədim küçələri hələ də sujetdən çəkilmiş görüntüləri xatırladır: məhz bu qapının qarşısında gözəl ehtiraslı qadın əsərin qəhramanı olan Qorbunkovun ağlını başından almağa cəhd edib, növbəti küçədə isə o, məşhur “Lənət olsun” ifadəsi ilə daşlarla döşənmiş küçədə yerə yıxılıb.
Yeri gəlmişkən, İçərişəhərdə çəkiliş zamanı Azərbaycan paytaxtının qədim hissəsinin digər görməli yerləri - Qala divarı, Qız qalası, Cümə məscidi, Şirvanşahlar sarayı də kadrlara düşür.
1 / 14

Filmin çəkilişləri 1968-ci ilin aprelin sonunda başlayıb və noyabrın ortalarına qədər davam edib.

2 / 14

Bu filmin hər bir pərəstişkarı və həvəskarı bilir ki, filmin “xaricdə” çəkilən hissəsi Azərbaycanda lentə alınıb. Belə ki, “Brilyant əl” filmində Bakı Türkiyənin İstanbul şəhərinə çevrilib.

3 / 14

Filmin baş qəhrəman obrazı ssenari müəllifləri tərəfindən ekran sınağından keçmədən rola təsdiqlənmiş Yuri Nikulinin aktyorluq məlumatları nəzərə alınmaqla yaradılmışdır.

4 / 14

Məşhur “Lənət olsun!” ifadəsini “Çikanuk” aptekin olduğu küçədə (indiki Kiçik Qala küçəsi 8) möhtəşəm Andrey Mironov da istifadə edib.

5 / 14

Qaçaqmal mallarının ötürülməsi anı “Apoteke Çikanuk” lövhəsinin altında, Qriqori Şpigel və Leonid Kanevskinin rol aldığı əczaçı və onun köməkçisinin işlədiyi yerdə baş verir.

6 / 14

Filmin ssenarisinə görə, Nikulin banan qabığı üzərinə basaraq yıxılmalı idi. Ancaq onlar banan qabığını tapa bilmədikləri üçün rejissor orijinal çıxış yolu tapır - Bakıda kifayət qədər çox olan qarpız qabıqları ilə əvəz edir.

7 / 14

Leonid Kanevski “Brilyant əl” filmində qaçaqmalçı obrazını yaratmaqla yanaşı, Yuri Nikulinin özünəməxsus dublyoru rolunu da canlandırıb. Onun əvəzinə Kanevski olduqca gerçək şəkildə yıxılıb – məhz onun ayağı qarpız qabığı üzərində “sürüşüb”.

8 / 14

“Bilirsiniz, həyat yoldaşınızın öz sevgilisi ilə gizli görüşdüyü əgər sabah ifşa olsa mən təəccüblənmərəm”. Aktrisa Nonna Mordyukova Varvara Sergeyevna rolunda, Nina Qrebeşkova isə Nadi Qorbunkova rolunda.

9 / 14

Filmdə Andrey Mironovun canlandırdığı Geşı obrazının tərəfdaşı – Anatoli Papanovun Lyolik obrazıdır. Bu, iki sənətçinin bu kinoda birgə iştirakının ilk təcrübəsi deyil - 1966-cı ildə onlar Eldar Ryazanovun “Maşından ehtiyatlı ol” filmində satirik duet kimi çıxış ediblər.

10 / 14

İçərişəhərdə çəkiliş zamanı Azərbaycan paytaxtının qədim hissəsinin müxtəlif görməli yerləri - Qala divarı, Qız qalası, Cümə məscidi, Şirvanşahlar sarayı də kadrlara düşür.

11 / 14

“Brilyant əl” filminin personajlarının replikaları müasir aforizmlər və məşhur ifadələrin lüğətlərini tamamlayıb, gündəlik ünsiyyətdə və müəllif əsərlərində də bu ifadələrdən istifadə olunur.

12 / 14

“Əlindən ehtiyatlı ol, Senya”, “Əgər insan axmaqdırsa – bu uzun müddətdir”, “Mən qorxaq deyiləm. Amma qorxuram”, “İstanbul təzadlar şəhəridir”, “Bir maaşla yaşayasan!”, “Səliqəli döyəcəm, amma bərk döyəcəm”, “Bizimkilər çörək sexinə taksi ilə getmirlər”, “Başqasının hesabına hətta ayıq olan və xəstə adam da içər” və s.

13 / 14

Şəhər folklorunun tədqiqatında qeyd olunur ki, “Brilyant əl” filmi danışıq dilinə iki yüzdən çox kino sitatı gətirib.

14 / 14

2010-cu ildə Soçi şəhərində filmin qəhrəmanlarına həsr olunmuş (heykəltəraş Vyaçeslav Zvonov və Aleksandr Butayev) abidənin açılışı olub. Kompozisiya öz ailəsi ilə xarici səyahətə gedən Qorbunkovun vida səhnəsini əks etdirir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.