BAKI, 28 aprel — Sputnik. Mariupolda, "Azov" millətçilərinin bazasında Hitlerin "Mein Kampf" ("Mənim mübarizəm") kitabı tapılıb. Xatırladaq ki, onların döyüşçülərinə qarşı Rusiyada cinayət işi başlanıb. "Mein Kampf" milli sosializmin ideoloji əsası hesab olunur. 2010-cu ildən bu kitab Rusiyada ekstremist material kimi qadağan edilib.
Kitab "Azov" batalyonunun keçmiş kazarmalarına baxış zamanı tapılıb.