BAKI, 28 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
"Azeri Light" markalı neftin qiyməti 0,62 dollar artaraq 107,34 dollar olub.
Dünyada neft qiymətləri ucuzlaşıb
London birjasında "Brent" markalı neftin qiyməti 1,99 dollar azalaraq 103,33 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,75 dollar ucuzlaşaraq 100,27 dollar olub.
Qeyd edək ki, ən böyük neft idxalçısı olan Çində koronavirusa yoluxma artıb, bir sıra məktəblər distant təhsilə keçib. Pandemiyanın artması neftə tələbi aşağı salıb və bu vəziyyət investorları narahat edir. Bu da qiymətləri ucuzlaşdırır.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.