BAKI, 28 aprel — Sputnik. "Azərsu" ASC tərəfindən Bakıda və Sumqayıtda çoxmənzilli binalarda su sayğaclarının yenilənməsi istiqamətində işlər görülür.
Bunu "Azərsu" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı deyib.
Onun sözlərinə görə, bu işlər üzrə layihələrlə bağlı keçən ilin ikinci rübündə də vəsaitlər ayrılıb.
"Hazırda əsasən dik dayaqların pilləkən qəfəsdən çıxarılması və sayğacların yenilənməsi ilə bağlı Sumqayıtda, Bakının Nəsimi, Nərimanov, Yasamal, Səbail və Xətai rayonlarında işlər aparılır", - deyə Cabbarlı bildirib.
O, Report-a deyib ki, Xətai rayonunda artıq çoxmənzilli binaların 70%-ində, Nizami rayonunda 80%-dən çoxunda bu işlər aparılıb.
Bu işlər hazırda ayrılan investisiyanın həcminə uyğun olaraq davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.