CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nə qədər insan alveri qurbanı var

İnsan alveri qurbanlarından Rusiyaya aparılanlar və hətta ölkə daxilində istismara məruz qalanlar da var.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Nigar. Ötən il 94 qadın və 1 kişi insan alverinin qurbanı olub. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
APA-nın xəbərinə görə, sənəddə qeyd edilib ki, onların hamısı Azərbaycan vətəndaşları olub. İnsan alveri qurbanlarının 5 nəfəri 18-25, 59 nəfəri 25-35, 31 nəfəri isə 35-dən yuxarı yaş həddində olub.
Sənəddə bildirilib ki, qurbanlardan 74-ü cinsi istismar məqsədilə Türkiyə, 12-si Rusiya, 7-si İran, 1-i Birləşmiş Ərəb Əmirliklərinə aparılıb. Bir nəfər isə ölkə daxilində məcburi əməyə məruz qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.