BAKI, 27 aprel - Sputnik. Kiyev rejimi “Azovstal” ətrafındakı vəziyyəti öz maraqları naminə manipulyasiya etmək istəyir və bundan “qolunda gizlətdiyi kozır” kimi istifadə edir. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kiyev rejimi bütün mümkün hallarda orada olan insanlardan öz maraqları naminə istifadə edərək bu vəziyyəti manipulyasiya etmək istəyir”, - deyə Zaxarova Sputnik radiosunun efirində bildirib.
Onun sözlərinə görə, Zelenski hesab edir ki, əlində müəyyən bir kozır olmalıdır, dəhşətli, qanlı, lakin onun anlayışına görə, bu, "sonsuz oynana bilən" bir kartdır.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.