VİDEO

Bir ailənin Xarkov vilayətindən təxliyəsi

RF Hərbi polisinin əməkdaşları Ukraynanın Xarkov vilayətindən azyaşlı uşaqları olan ailənin Rusiya ərazisinə təxliyə edilməsinə yardım edib. Gənc ailənin yaşadığı ev vaxtaşırı millətçi batalyonlar və Ukrayna Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.
Sputnik
Ailə başçısı gələcəkdə özünü təhlükəyə atmamaqdan ötrü kömək üçün Rusiya hərbçilərinə müraciət edib.
"...Çox sağ olun! Pasportu qaytarmağa, sağ qalmağa və normal yaşamaq üçün Rusiyaya getməyə kömək etdiniz. Rusiyada qalmağa, Rusiya vətəndaşı olub işləməyə qərar verdim. Uşaq baxçası, məktəb, klub, iş var. Artıq burada qalmağı planlaşdırıram. Evə qayıtmağı düşünmürəm. Mən bu dəlixanaya geri dönmək istəmirəm", - deyə ailə başçısı Taras həyəcanla bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.