BAKI, 27 aprel - Sputnik. Rusiyanın Belqorod vilayətindəki nəqliyyat infrastrukturu obyektində təxribat hazırlayan və Ukrayna nasizminin tərəfdarı olan 2 rusiyalı saxlanılıb. Bu barədə Rusiya FTX məlumat yayıb. Hadisə ilə bağlı cinayət işi başlanıb, saxlanılanlar etiraf dolu ifadələr verirlər.
Xüsusi xidmət orqanı həmçinin bildirir ki, saxlanılanlar Ukraynanın “Sülhməramlı” saytına Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya hərbçiləri barədə məlumat göndəriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.