RUSİYA

Rusiyada “Poseydon” antikorrupsiya informasiya sistemi yaradılacaq

2022-2031-ci illər Rusiyada Elm və Texnologiya Onilliyi elan edilib. Prezident Putin bu barədə sənəd imzalayıb.
Sputnik
BAKI, 26 aprel - Sputnik. Rusiya prezidenti Vladimir Putin “Poseydon” antikorrupsiya informasiya sistemi haqqında fərman imzalayıb. RİA Novosti xəbər verir ki, müvafiq sənəd Rusiyanın hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
“Korrupsiya və digər hüquqpozmaların qarşısının alınması üzrə fəaliyyətin səmərəliliyini artırmaq məqsədi ilə qərara alıram: əlavə edilən “Poseydon” korrupsiyaya qarşı mübarizə sahəsində dövlət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilsin”, - deyə sərəncamda deyilir.
Sistemin koordinatoru prezident administrasiyası, operatoru isə Federal Mühafizə Xidməti olacaq.
Qeyd olunur ki, sistemin istifadəsinə Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi köməklik göstərəcək.
Rusiya Prezidenti Vladimir Putin
Qeyd edək ki, aprelin 25-də Rusiya prezidenti Vladimir Putin 2022-2031-ci illəri Elm və Texnologiya Onilliyi elan edib.
“2021-ci ildə <...> Elm və Texnologiya İli”nin keçirilməsi zamanı əldə edilmiş nəticələri nəzərə alaraq, 2022-2031-ci illəri <...> Elm və Texnologiya Onilliyi elan etmək qərarına gəlirəm”, - deyə sənəddə bildirilir.
Dövlət başçısının sözlərinə görə, belə bir addım aşağıdakı məqsədləri güdür:
istedadlı gənclərin tədqiqat və inkişaf sahəsinə cəlb edilməsi;
cəmiyyətin və ölkənin inkişafının ən mühüm vəzifələrinin həllinə alimlərin və tərtibatçıların cəlb edilməsinə köməklik;
rus elminin nailiyyətlərinə və perspektivlərinə əlçatanlığın artırılması.
Yuxarıda qeyd olunanlara nail olmaq üçün müvafiq Koordinasiya Komitəsi yaradılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.